İranın kəşfiyyat naziri də öldürüldü - Pezeşkian təsdiqlədi
19 Mart 2026
İranın kəşfiyyat (ETTELAAT) naziri Seyid İsmayıl Xətibi öldürülüb.
"Ynet" xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz bildirib.
O, İranın kəşfiyyat nazirinin gecə saatlarında öldürülməsini rəsmi olaraq təsdiqləyib.
İran Prezidenti Məsud Pezeşkian da kəşfiyyat idarəsinin rəhbəri İsmayıl Xətibin həlak olduğunu təsdiqləyib.
Bu barədə Pezeşkianın "X" hesabındakı paylaşımında bildirilir.
"Əziz həmkarlarım İsmayıl Xətib, Əli Laricani və Əziz Nəsirzadənin, həmçinin onların bir neçə ailə üzvlərinin və yaxınlarının öldürülməsi bizi dərin matəmə qərq etdi.
Nazirlər Kabinetinin iki üzvünün, Şura katibinin, həmçinin hərbi komandirlər və "Bəsic" komandirlərinin şəhid olması ilə əlaqədar böyük İran xalqına başsağlığı verirəm. Əminəm ki, onların yolu əvvəlkindən daha möhkəm şəkildə davam etdiriləcək", - o yazıb.