Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranın keçmiş prezidentinin qızı həbs edildi

İranın keçmiş prezidenti Haşimi Rəfsəncaninin qızı Faizə Rəfsəncani həbs edilib.

Bu haqda “Azad İran” teleqram kanalı məlumat yayıb.

İranın Fars agentliyi F.Haşimin son iğtişaşlarda iştirak etməsi və insanları aksiyaya çağırması ilə əlaqədar həbs olunduğunu bildirib.

Məlumata görə, bir müddət öncə o “Atam da lider olsaydı, bir müddətdən sonra diktatora çevrilərdi”, deyibmiş.

Onun təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi bildirilsə də harada saxlanıldığı və nə zaman həbs olunduğu qeyd olunmayıb.