Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranın hərbi-polis qüvvələri 12 yaşlı yeniyetməni qətlə yetirib

Güney Azərbaycanın Zəncan şəhərində 12 yaşlı Arşiya Sultani İran hökumət qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib.

Bununla bağlı “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Qeyd edək ki, insan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən etiraz aksiyaları zamanı 56 uşaq öldürülüb.