Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranın daha 13 emissarı Xankəndiyə gəlib - FOTOLAR

İranın  14 vətəndaşının Qarabağa qanunsuz olaraq gəlişi ilə bağlı araşdırmalar bitməmiş, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki əraziyə keçmiş daha bir iranlı dəstə haqda məlumat əldə edilib. Bu dəfə Qarabağa İrandan 13 nəfərlik qrupun “təşrif buyurduğu” məlum olub.

Xatırladaq ki, qafqazinfo.az saytı dekabrın ilk günlərində 14 İran vətəndaşının qanunsuz olaraq Qarabağa keçməsi barədə məlumat vermişdi. Daha sonra sayt onların keçdiyi maşının görüntüsünü, ardınca isə pasportlarının surətini təqdim etmişdi. Məlumatda bildirilirdi ki, terror-diversiya qrupunun üzvləri olduğu güman edilən bu 14 nəfər Qarabağa noyabrın 24-də keçib.

Sayt bu dəfə etibarlı mənbələrdən daha bir qrup iranlı barədə məlumat alıb. Belə ki, ilk 14 nəfəri Qarabağa gətirən 34-QA-444 nömrəli “Mersedes-Benz” avtomobili ilk qrupun gəlişindən cəmi 6 gün sonra – noyabrın 30-da buraya növbəti dəstə gətirib.

Qarabağa gəlmiş yeni dəstə üzvlərinin adlarını da, pasportları: 

1. Goodarzi Najmedin Abedin

2. Goodarzi Bahman Zabihollah

3. Goodarzi Mohsen Reza

4. Banaei Mostafa Mohammad

5. Fadaeipordanjani Afrasaib Mahmoud

6. Vaeznezhadi Farshad Dolatali

7. Moradazar Mohsen Zarbali








8. Shafaghghat Aminjan Ramezan Eznolah









9. Boveirian Ghafour Bemouniagha

10. Vae Zadeh Fariborz Madad 

11. Fatahi Shakib Majid Alibaba

12. Hakimzadeh Ghanbar Allahmora

13. Abdollahi Gholamreza Ali



Beləliklə, hələ də Azərbaycan tərəfinin sorğusuna məhəl qoymayan İran emissarlarını Azərbaycan ərazisinə göndərməkdə davam edir. İrandan gələn müxtəlif dəstələrin sülhməramlıların müvəqqəti nəzarətində olan əraziyə keçirilməsi artıq kütləvi hal alır. Ümumilikdə 6 gün ərzində - noyabrın 24-dən 30-dək rusiyalı sülhməramlıların postundan Qarabağ ərazisinə iki qrup halında 27 nəfər İran vətəndaşı daxil olub. Özü də bu iki qrupun bir-biri ilə bağlı olduğu və eyni missiya ilə gəldiyi şübhə doğurmur. Çünki onların hər ikisi eyni avtomobildə - 34-QA-444 nömrəli mikroavtobusla gətirilib. Avtomobili kimin idarə etdiyi də məlumdur – sürücü Ermənistan vətəndaşı Yura Baqdasaryandır.

İran səfirliyi əvvəlki müraciətlərə cavab vermədiyindən, bu dəfə həmin ölkənin xarici siyasət idarəsinə sorğu göndərməyə də ehtiyac qalmayıb.

Çünki artıq Azərbaycanın müvafiq orqanlarının danışması lazımdır!