İrandan Azərbaycana 40 kiloqram narkotik keçirilməsinin qarşısı alındı
08 Dekabr 2022
Dekabrın 7-də Yardımlı rayonunun Ostahir kəndi yaxınlığında sərhədçilər İrandan külli miqdarda narkotik maddənin qaçaqmalçılıq yoluyla keçirilməsinə cəhdin qarşısını alıblar.
Dekabrın 8-də Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, əraziyə baxış zamanı 2 ədəd böyük bağlama aşkar edilib. Bağlamalarda 39 kiloqram 785 qram marixuana və 500 ədəd həb metadon həbi olub.
Faktla bağlı araşdırma aparılır.