Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrandakı seçkilərdə qalib müəyyənləşməyib, ikinci tur təyin olunub

İranda növbədənkənar prezident seçkiləri davam edir. İndiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian liderdir.

24 535 185 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 10 415 991 (42.6%) səslə birincidir. 9 473 298 (38.8%) səslə Səid Cəlili ikinci, 3 383 340 (13.8%) səslə Məhəmməd Baqer Qalibaf üçüncü, 206,397 (0.8%) səslə isə Mustafa Purməhəmmədi dördüncüdür.

İranda prezident seçkilərində heç bir namizəd çoxluğu təmin edə bilmədiyindən islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili ikinci turda yarışacaq.

Artıq İran Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahı Məsud Pezeşkian və Səid Cəlilinin 2024-cü il iyulun 5-nə təyin edilmiş ikinci tura namizədliyini rəsmən təsdiqləyib.