Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda vatsapa da girişə qadağa qoyuldu

İran ərazisində vatsap mesencerindən istifadə məhdudlaşdırılıb.

“Fars” agentliyi xəbər verir ki, sentyabrın 21-i axşam saatlarından mesencerə girişə ciddi şəkildə məhdudiyyət qoyulub.

Məlumata görə, İran rəhbərliyi buna səbəb olaraq ölkədə “müxalif elementlərin fəaliyyətini” göstərib.

Məhdudiyyətlərin nə qədər davam edəcəyi qeyd olunmayıb.

Xatırladaq ki, dünən axşam saatlarından İranda instaqrama da giriş məhdudlaşdırılıb.