“İranda uşaqlar edam oluna bilərlər”
20 Dekabr 2022
İranda ümummilli etiraz aksiyaları ilə əlaqədar üçü uşaq olmaqla azı 28 nəfər edam edilə bilər. Ən azı, altı nəfər saxta məhkəmələrdə artıq edam cəzasına məhkum edilib.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bununla bağlı “Amnesty International” təşkilatı bildirib.
“Rejim xalqda qorxu yaratmaq və xalq üsyanına son qoymaq üçün ölüm hökmündən istifadə edir”, - deyə təşkilat qeyd edib.
Qeyd edək ki, bu günə kimi 18 yaşdan aşağı 320-dən çox iranlı gənc etirazlara dəstək verdiyi üçün həbs edilib.
Etirazlar zamanı həyatını itirənlərdən 44-nün 18 yaşdan kiçik olduğu bildirilib.
3 aya yaxındır ki, davam edən nümayişlərdə 25 nəfərə ölüm hökmü çıxarılıb.
Həmin şəxslərdən 23 yaşlı Muhsin Şikari dekabrın 8-də, Mecid Rıza Rəhneverd isə dekabrın 12-də edam edilib.
Xatırladaq ki, baş verənlərlə bağlı İran BMT-nin Qadınlar Təşkilatından xaric edilib.