İranda SEPAH komandirinə qarşı sui-qəsd: Generalın oğlu öldürüldü
23 Aprel 2022
İranın Sistan və Bəlucistan əyalətində SEPAH komandirinə qarşı sui-qəsd olub.
Naməlum şəxslər İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Zahidan şəhər Salman Farsi briqadasının (110-cu briqada) komandiri Hüseyn Almasinin avtomobili atəşə tutulub.
Hücum zamanı komandirin mühafizəçisi həyatını itirib. Silahlı şəxslər avtomobillə hadisə yerindən qaçmağa çalışıb. Lakin çox keçmədən əməliyyatı həyata keçirməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
Qeyd edək ki, öldürülən mühafizəçi Mahmmud Absalan SEPAH-ın Sistan və Bəlucistandakı yüksək rütbəli komandiri general Pərviz Absalanın oğludur.