İranda naməlum şəxslər hərbçilərə hücum edib, 3 nəfər ölüb
05 Oktyabr 2026
İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin Bampur şəhərində silahlı şəxslərin oktyabrın 5-də səhər saatlarında 2 hərbi avtomobilə hücumu nəticəsində 3 nəfər ölüb.
Məlumatı "İran İnternational" yayıb.
Qeyd edilib ki, hücum edənlər hərbi qulluqçuların istifadə etdiyi iki "Toyota" avtomobilini atəşə tutub. Avtomobillərin birində ən azı 3 nəfər ölüb. İkincisi isə atəş açıldıqdan sonra aşıb. Bu maşındakı şəxslərin sayı və vəziyyəti məlum deyil.
İranın dövlət televiziyası hücumu "terror aktı" adlandıraraq zabitin öldüyünü qeyd edib.