Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda mobil internet kəsilib, qarşıdurma gedir, ölənlər var



İranda gənc qadın Məhsa Əmininin polis tərəfindən öldürülməsinə görə altıncı gündür ki, davam edəm etirazlarda ölənlərin sayı 7-yə çatıb.

Bu rəqəm hökumət mənbələri tərəfindən təsdiqlənib.

Reuters agentliyi yazır ki, kürdlərin Henqav insan haqları qrupu İranda kürdlərin sıx yaşadıqları ərazilərdə 7 etirazçının öldürüldüyünü bildirib.

Rəsmilər etirazçıların polis tərəfindən öldürülməsini təkzib edirlər.

Digər xəbərə görə, ölkədə internet kəsilib.

İnterneti izləyən NetBlocks saytı və İran sakinləri bildirirlər ki, ölkədə Instagram platformasına giriş bloklanıb.

Rəsmi məlumata görə ölkədə bu şəbəkənin 48 milyon istifadsəçisi var.