Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda iğtişaş və toqquşmalar davam edir, ölən və həbs edilənlərin sayı açıqlanıb - VİDEO



Ötən gecə İranın şimalında etirazçıların ordu bölmələrilə toqquşması davam edib. Yerli teleqram-kanallar bildirirlər ki, ən intensiv toqquşmalar Zəncan, Buşəhr, Kərecdə baş verib.

Tehranda hökumət əleyhinə kütləvi nümayişlər yenidən başlayıb.

Etirazçılar "Diktatora ölüm!" şüarını səsləndirirlər.

Hakimiyyət İnterneti tamamilə bağlayıb və VPN-ləri bloklayır.

Hər iki tərəfdən ölənlər və yaralananlar var. Buşəhrdə etirazçılar general Qasım Süleymaninin abidəsini yandırıblar.

İranda etirazlar başlayandan bəri aksiya iştirakçıları arasında ölənlərin sayı 434-ə çatıb, insan haqları qrupu bildirir. ABŞ-da mənzillənən İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, bu müddət ərzində həbs edilənlərin sayı 17 mini keçib.





Saxlanılanlar arasında jurnalist, sənətçi, idman və ictimai fəalların olduğu deyilir. Hüquq müdafiəçilərinə əsasən, 150-yə yaxın şəhər və qəsəbələrdə hökumət əleyhinə çıxışlar olub.





İran liderləri etirazları ölkənin xarici düşmənləri tərəfindən təşkil edilən "iğtişaşlar" adlandırıb.





Ölkədə etirazlar sentyabrda başörtüsü qərarını pozmaqda günahlandırılaraq əxlaq polisi tərəfindən saxlanılan, daha sonra saxlanma kamerasında vəfat edən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra alovlanıb.


https://www.youtube.com/watch?v=1zYMYlJa6_0&t=1s