Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda havadan müdafiə hərbi təlimləri keçiriləcək

İranda “Vilayət Səması Müdafiəçiləri - 1400” havadan müdafiə hərbi təlimləri keçiriləcək.

Bunu İranın Xatəmül-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahınn komandanı general Qadir Rəhimzadə deyib.

Hərbi təlimlər İranın Mərkəzi səhra bölgəsində keçiriləcək.

Sabah başlayacaq təlimlərdə İran Silahlı Qüvvələri və İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) havadan müdafiə qüvvələri iştirak edəcək.

Hərbi təlimlərin keçirilməsində məqsəd silahlı qüvvələrin həqiqi döyüşə yaxın şəraitdə havadan müdafiə üzrə döyüş hazırlığı və gücünün artırılmasıdır.

Təlimlərin neçə gün davam edəcəyi bildirilməyib.