Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda ayətullah Xomeyninin iki ev muzeyi yandırıldı

İrandakı 1979-cu il fevral inqilabının lideri sayılan ayətullah Ruhullah Musəvi Xomeynin doğulduğu Xomeyn və Qum şəhərlərindəki ev muzeyləri yandırılıb.

Məlumatı “İran İnternational” yayıb.

Məlumata görə, etiraz aksiyalarında Tehran hakimiyyətinin hərbi-polis qüvvələri tərəfindən öldürülənlər nümayişlə yad olunub.

Aksiya iştirakçıları “Diktatora ölüm!”, "Xameneiyə ölüm!“ şüarları səsləndiriblər

Üç il əvvəl, 2019-cu ilin noyabr ayında ərzaq mallarının qiymətlərinin qalxmasına etiraz yürüşlərində 1 500-dən çox aksiya iştirakçısı hərbi-polis qüvvələri tərəfindən qətlə yetirilmişdi. Həmin qurbanların şəkilləri də dünənki yürüşlərdə qaldırılıb.

Etiraz aksiyaları gecə yarısınadək davam edib. Onlar tonqal qalayaraq “Hicabla, ya hicabsız inqilaba gedirik!” şüarını səsləndiriblər.