İranda 84 gündür internet yoxdur
24 May 2026
İranda internetə çıxış 84 gündən çoxdur ki, demək olar ki, yoxdur.
Bu barədə beynəlxalq monitorinq xidməti NetBlocks məlumat verib.
Xidmətin "X" səhifəsindəki paylaşıma görə, şəbəkə məlumatları göstərir ki, internet kəsilməsi 12 həftə, 2016 saatdan çox davam edib.
"NetBlocks"un qeyd etdiyi kimi, hazırkı blokada dünya müşahidələri tarixində ölkə miqyasında ən uzun müddətdir.