Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran şahmatçısı beynəlxalq yarışa hicabsız çıxıb

İranın əsas qadın qrossmeysteri Qazaxıstanda keçirilən beynəlxalq turnirdə hicabsız iştirak edib.

İranın xəbər agentlikləri bildirilər ki, Sara Xadem FIDE-nin Almatı şəhərində keçirilən Dünya Sürətli və Blits Şahmaz Çempionatının matçlarında hicabsız olub.

Bir sıra şərhçilər qrossmeysterin bu hərəkərini İranda gənc qadın Məhsa Əmininin hicaba görə saxlanaraq polisdə vəfat etməsindən başlanmış etirazlara dəstəkə kimi qiymətləndiriblər.

İranda 1979-cu inqilabından bəri ən izdihamlı etiraz aksiyalarında on minlərlə qadın ölkədə icbari olan hicablarını açır, yandıərır və saçlarını kəsirlər.

Beləliklə tam adı Sarasədat Xademəlşəriye olan qrossmeyster İran etirazçıları ilıə hə\mrəylik ifadəsi olaraq beynəlxalq yarışlara hicabsız çıxan daha bir idmançı qadın olub.

Səsini ucaldan idmançılar

İranın bir sıra ictimai fiqurları və Əli Dayi də daxil uduz idmançıları antihökumət etirazlarına dəstək bildirdiklərinə görə polis tərəfindən saxlanıb və ya həbs ediliblər.

Onlardan bir çoxlarının pasportları əllərindən alınıb.

Ötən oktyabrda İranın dırmanma üzrə çempionu Elnaz Rekavi Seulda keçirilən Asiya Çempionatında hicabsız çıxış etməklə Tehran hakimiyyətini qəzəbləndirmişdi.

İran hökuməti misli görünməmiş miqyas alan etirazlara görə ölkənin “Qərb düşmənlərini” ittiham edir.

Hakimiyyətin etirazlara divan tutması nəticəsində indiyədək 500-dən çox insan öldürülüb.

İranın mühafizəkar millət vəkilləri ıədliyyəni etirazlarda iştiraka görə həbs olunanlara ən ağır cəzaların verilməsinə mçağırırlr.

Hazırda 100-dək iranlının bu ittihamla edam təhlükəsi ilə üz-üzə olduğu xəbər verilir.

İndiyədək iki etirazçı asılaraq edam edilib.