Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran PUA-larını vuran zaman yaralanan pilota “Ukrayna qəhrəmanı” adı verildi - FOTO

Ukraynalı hərbi pilot Vadim Voroşilov Vinnitsa vilayəti üzərində İran istehsalı olan “Şahid” pilotsuz uçan aparatını (PUA) zərərsizləşdirdiyinə görə “Ukrayna qəhrəmanı” adına və “Qızıl ulduz” medalına layiq görülüb.

Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı sərəncam imzalayıb.

Vadim Voroşilov oktyabrın 12-də düşmənin “Şahid-136” kamikadze-dronunu məhv etmək üçün döyüş tapşırığını yerinə yetirib və onlardan beşini məhv etməyi bacarıb. Müəyyən bir nöqtədə, texniki səbəblərə görə, Voroşilov təyyarəyə nəzarəti itirib, lakin onu şəhərdən uzaqlaşdırmaq üçün mümkün olan hər şeyi etdikdən sonra katapult edib və sağ qalıb.

Hərbçi dekabrın 6-da, Ukrayna Silahlı Qüvvələri Günündə “Instagram” səhifəsində katapult etdikdən sonrakı görüntüsünü paylaşıb.