İran ilə ABŞ arasında danışıqlar davam etdiriləcək
07 Fevral 2026
Omanın paytaxtı Maskatda ABŞ və İran arasında nüvə danışıqlarının birinci raundu keçirilib.
Danışıqlara ABŞ-dən Prezidentin xüsusi nümayəndəsi Stiff Uitkoff, İrandan isə xarici işlər naziri Abbas Əraqçi başçılıq edib.
Qeyd edək ki, tərəflər arasında danışıqlar 5 saat davam edib.
İran və ABŞ danışıqların başqa bir vaxtda davam etdirilməsi barədə razılığa gəlib.