Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran hökumətinin daha pulu qalmayıb

İranın Sosial Təminat Təşkilatının xəstələrin dərman xərclərini ödəyəcək pulu yoxdur və buna görə bu qurumun əhatə etdiyi sığortalıların reseptlərini qəbul etməkdən imtina edən apteklərin sayı hər gün artır.

Digər tərəfdən, proqnozlar İranda yaxın gələcəkdə ən azı 200 adda dərman çatışmazlığından xəbər verir.

"Donyaye egtesad" qəzetinin məlumatına görə, İran əczaçılar assosiasiyasının müdir müavini Əli Fatemi deyib: "Sosial təminat təşkilatı ilə apteklər arasında problemlər hələ də qalmaqdadır".

Onun bildirdiyinə görə, hazırda xəstələr dərman pulunun cəmi 5-10 faizini ödəyirlər və sığorta şirkətləri bu məbləğin qalan hissəsini ödəməlidirlər, lakin onlar öz vəzifələrini yerinə yetirməkdən imtina edirlər.

İran Əczaçılar Birliyinin müdir müavini apteklərin prezident İbrahim Rəisiyə yazdığı məktublara işarə edərək bildirib ki, o, bu məktublara cavab verilməyib və bu cəhdlər nəticə verməsə, "apteklər ciddi düşünməlidir".