Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran "Google" axtarış sistemini blokladı, ölənlərin sayı durmadan artır

İranın İnsan Hüquqları Mərkəzi 25 sentyabrda yaydığı hesabatda ölkədə baş tutan aksiyalarda ölən 55 nəfərin adını açıqlayıb.

Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, dünən 41 nəfərin adı açıqlanmışdı. Bu gün isə daha 14 nəfərin adı açıqlanıb.

Bu arada İranda artıq bir həftədən çoxdur davam edən kütləvi etirazlardan vahiməyə düşən ölkə hakimiyyətinin “Google” axtarış sistemini blokladığı məlum olub.

Məlumata görə, bu, etirazlarla bağlı məlumatların və görüntülərin dünyaya yayılmasının qarşısını almaq məqsədilə edilib.

Qeyd edək ki, ötən günlərdə İran hökuməti “Whatsapp”, “Telegram”, daha sonra “Twitter” sosial şəbəkələrinə girişi məhdudlaşdırıb.