Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran etirazlarının simvolu: Hədis Nəcəfi bu hərəkəti ilə məşhurlaşmışdı - VİDEO

Xəbər verdiyimiz kimi, 20 yaşlı gənc qız Hədis Nəcəfi Kərəc şəhərində keçirilən etiraz aksiyaları zamanı polis tərəfindən güllələnərək öldürülüb.

Hədis Nəcəfinin qətlə yetirilməsi xarici mediada və sosial şəbəkələrdə böyük rezonans doğurub.

Belə ki, Nəcəfi İrandakı aksiyaların yeni simvoluna çevrilmişdi. Bir neçə gün əvvəl sosial şəbəkələrdə Hədis Nəcəfinin saçlarını yığaraq aksiyaya qoşulması barədə görüntülər yayılıb. Onun hicabsız halda cəsarətlə aksiyaya qatılması böyük maraqla qarşılanmışdı.

Nəcəfinin ölümündən sonra sosial şəbəkələrdə “Məhsa Əmini ilə başladı, Hədis Nəcəfi ilə davam edir” kimi şüarlar səsləndirilib.