Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran etirazlarında yeni mərhələ: Aksiyalar daha mütəşəkkil xarakter daşımağa başlayıb

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, İranda əhalinin hakim rejimə qarşı etirazları getdikcə daha mütəşəkkil xarakter qazanır. Həbslərə və repressiyalara baxmayaraq, ölkədə müəssisələrdə tətillər başlayıb. Fəhlələr və işçilər mütəşəkkil şəkildə küçələrə çıxır və işə qayıtmaqdan imtina edirlər.

Son günlər İsfahan, Məşhəd şəhərlərində və Tehranın özündə bu cür aksiyalar çoxalıb.

Tələbələr və gənc qadınlar xüsusi fəallıq göstərir, repressiyalar və bir çox etirazçıların ölümü onları qorxutmur.

Cəmiyyətin əhəmiyyətli və nüfuzlu təbəqəsi olan tacirlər, habelə yük maşınlarının sürücüləri də tətillərə qoşulur, bu da iqtisadiyyatın bir sıra digər sahələrinin işinə mane olur.

Hakimiyyət hələ də problemin həlli və vəziyyətdən çıxış yollarını tapa bilmir. Rəsmi təbliğat bütün bunların ABŞ və İsrail casusları və agentləri tərəfindən təşkil edildiyini iddia etməyə davam edir.

Etirazlar zamanı İranda molla rejiminin dəyişdirilməsi və dünyəvi idarəçiliyə qayıdılması tələbi səslənir.