İran denominasiyaya gedir - Parlament təsdiqlədi
06 Oktyabr 2025
İran parlamenti milli valyuta - rialın yenidən denominasiyasını (rialdan sıfırların atılması) nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
“Azad İran” xəbər verir ki, pul islahatının məqsədi uzunmüddətli yüksək inflyasiya fonunda maliyyə əməliyyatlarını sadələşdirmək və iqtisadi idarəçiliyi asanlaşdırmaqdır.
Yeni qanuna əsasən, bir yeni rial 10.000 köhnə riala bərabər olacaq, yeni pul vahidi "qiran (geran)" isə rialın yüzdə biri dəyərində müəyyənləşdiriləcək. Köhnə və yeni əskinaslar üç il ərzində paralel şəkildə dövriyyədə qalacaq.