Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran ayağa qalxıb: Etirazçılar hər yeri dağıdırlar, polis əməkdaşı yandırılıb - VİDEO

Sentyabrın 20-də İranın bir çox şəhərlərində, o cümlədən Tehran, Məşhəd, Sari, Təbriz və digər şəhərlərdə keçirilən etiraz aksiyalarında hökumət əleyhinə şüarlar səsləndirilib.

Etiraz aksiyaları zamanı Tehranın mərkəzində Vəli Əsr meydanı, Kərimxan küçəsi, Taleqani və Vəli Əsr küçəsinə gedən bəzi küçələrdə insanlar polisin müdaxiləsi ilə dağıdılıb.

Etirazçılar zibil qutularını aşırıb, yandırıb, bəzi şəhər lövhələrinə ziyan vurublar.

Qəzvində isə polis etirazçılara atəş açıb. Aksiyalarda bir neçə nəfərin yaralandığı, həmçinin həyatını itirənlərin də olduğu bildirilir.

Məşhəd şəhərində keçirilən aksiyada etirazçılar təcili tibbi yardım avtomobilinə hücum edərək onu yandırıblar.

Həmçinin mitinqi dağıtmaq üçün gələn polis nəfəri etirazçılar tərəfindən yandırılıb.

Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.