Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran ABŞ-ın iki pilotsuz təyyarəsini ələ keçirib

İran Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasından iki dəniz pilotsuz təyyarəsini ələ keçirib.

Bu barədə İran dövlət televiziyası 2 “Saildrone Explorer” pilotsuz təyyarəsinə baxış keçirən İranın “Camaran” esminesinin göyərtəsindən görüntülər nümayiş etdirib.

Bildirib ki, cümə axşamı İran donanması "beynəlxalq dəniz zolaqlarında tərk edilmiş bir neçə pilotsuz casus gəmisi" aşkar edib.

ABŞ Hərbi Dəniz Qüvvələri bildirib ki, pilotsuz təyyarənin oğurlanması zamanı göyərtədə heç bir məxfi məlumat olmayıb.

Qeyd edək ki, “Saildrone Explorer” günəş enerjisi ilə işləyir, dəniz trafikinə nəzarət etmək üçün avadanlıqla təchiz edilib.