Logo
news content
User
Kateqoriyalar

Xəbər

İqbal Ağazadə: "Rusiya qoşunlarının mandatı 2025-ci ildən o tərəfə keçməməlidir"

“Sülh sazişinin imzalanıb-imzalanmamasından asılı olmayaraq, rus qoşunlarının Qarabağdakı sülhməramlı missiyasının vaxtı 2025-ci ildə bitməlidir və mandatlarının müddəti uzadılmamalıdır”.

Bunu “Facebook”dakı statusunda Ümid Partiyasının sədri İqbal Ağazadə yazıb.

İqbal Ağazadə qeyd edib ki, 2020-ci ilin noyabr ayının 9-dan 10-a keçən gecə imzalanan Bəyannaməyə sülhməramlılarla bağlı maddənin əlavə edilməsi situativ hadisə olub: “Amma bundan sonra Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyinə təminat verməlidir. Beləliklə, Rusiya da istədiyi vaxt Ermənistandan Qarabağa mitinq üçün adam gətirib Azərbaycana təhdid mesajı ötürməməlidir.

Ümumiyyətlə, “Rusiya” və “sülhməramlı” anlayışları tamamilə bir-birinə ziddir. Rusiya nə Suriyada, nə Ukraynada, nə də Azərbaycanda sülhməramlı missiyasını həyata keçirə bilib”.

“Azərbaycan indidən addımlarını həm beynəlxalq masada, həm də hərtərəfli istiqamətdə səfərbər etməlidir. Mən Rusiya qoşunlarının Azərbaycan ərazisində qalmasının tərəfdarı deyiləm”, - deyə Ümid Partiyasının sədri qeyd edib.