Logo
news content
User
Kateqoriyalar

Xəbər

İngilis dilini yaxşı bilmirik - Reytinq açıqlandı

“EF Education First” İngilis dilinin tədrisi üzrə beynəlxalq təhsil mərkəzinin 2023-cü il üçün reytinqi açıqlanıb.

İngilis dilini bilmə səviyyəsinə görə Azərbaycan 83-cü yerdədir.

Gürcüstan reytinqdə 32-ci, Ermənistan isə 48-ci pillədə qərarlaşıb.

Digər qonşularımızdan Rusiya 41-ci, İran 58-ci, Türkiyə 66-cı yerdədir.

Müəlliflərin fikrincə, ingilis dilində ən yaxşı Hollandiya, Sinqapur və Avstriyada danışılır. İngilis dilində ən pis danışanlar Konqo Demokratik Respublikası və Tacikistandadır.