İnflyasiya şişir - İran dövriyyəyə 10 milyonluq əskinas buraxdı
21 Mart 2026
İran dövriyyəyə 10 milyon riallıq əskinas buraxıb. Bu ölkə tarixində ən böyük puldur.
Bu haqda “Financial Times” məlumat yayıb.
“Tehran yeni 10 milyon rial əskinasını dövriyyəyə buraxır ki, bu da indiyə qədər tədavülə buraxılmış ən böyük əskinasdır. Hakimiyyət ABŞ-İsrail müharibəsi zamanı artan inflyasiyanın qarşısını almağa və nağd pula tələbatı ödəməyə çalışır”, - məlumatda bildirilir.
Təxminən 12 manat dəyərində olan yeni əskinasda Yəzddə 9-cu əsrə aid Came məscidi, arxa tərəfində isə 2500 illik Bam qalası təsvir edilib.
İran Mərkəzi Bankı qanun layihəsinin əhalinin nağd pula çıxışını təmin etmək üçün təqdim edildiyinə aydınlıq gətirib.