İnfantino İran yığmasının DÇ-2026-da iştirakını təsdiqləyib
01 May 2026
İranın futbol üzrə yığması 2026-cı il dünya çempionatında çıxış edəcək.
Bu barədə FIFA konqresində təşkilatın rəhbəri Canni İnfantino bildirib.
"Əlbəttə, İran yığması dünya çempionatında iştirak edəcək. Komanda ABŞ-də oynayacaq. Səbəb sadədir: bizə birləşmək lazımdır ki, insanlar da bir yerdə olsunlar. Bizim məsuliyyətimiz bax bundadır. Dünya futbolla birləşir", - İnfantino bildirib.