Logo
news content
User
Kateqoriyalar

Xəbər

İndoneziyada zəlzələdə ölənlərin sayı 252 nəfərə çatıb

İndoneziyada baş vermiş 5,1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 252 nəfərə çatıb

TASS xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, daha 377 nəfər xəsarət alıb, 31 nəfər isə itkin düşüb.

Daha əvvəl zəlzələ nəticəsində ölənlərin sayının 162 nəfər olduğu deyilirdi.

İndoneziyanın “Kompas” qəzetinin məlumatına görə, ölənlərin əksəriyyəti uşaqdır.