Logo
news content
User
Kateqoriyalar

Xəbər

İndi də təkzib edirlər - Messi peşman deyil

Argentina millisinin kapitanı Lionel Messi PSJ-də rahatdır .

"RMC Sport" xəbər verir ki, 34 yaşlı hücumçu Parisdə özünü yaxşı hiss edir və PSJ-yə keçdiyi üçün heç peşman deyil. Qeyd olunur ki, Leo Paris həyatına tez uyğunlaşıb.

Messi ailəsi ilə birlikdə tez-tez restoranlara gedir. Məsələn, onlar bu yaxınlarda Eyfel qülləsinin yanında yerləşən restoranlarda olublar.

Futbolçunun ailəsi də Paris həyatına öyrəşib. Messinin övladları idmanla məşğul olurlar.

34 yaşlı forvard bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə keçirdiyi 20 oyunda 7 qol vurub və 7 qolun ötürməsini verib.