İmran Xana sui-qəsd olub - FOTO/VİDEO
03 Noyabr 2022
Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd olub.
“CNN Türk” xəbər verir ki, bunu Pakistan mətbuatı yazıb.
Sui-qəsd cəhdi zamanı İmran Xan ayağından 3-4 güllə yarası alıb. Sabiq hökumət başçısı xəstəxanaya yerləşdirilib. Onun yarasının yüngül olduğu bildirilib.
Məlumata görə, ondan başqa daha 4 nəfər də xəsarət alıb.
Artıq sui-qəsdə cəhd edən şəxs saxlanılıb. Onun kimliyi hələ ki, açıqlanmayıb.

Pakistanın Baş naziri Şahbaz Şərif İ.Xana qarşı sui-qəsd cəhdini pisləyib.
“İmran Xanın atəşə tutulması hadisəsini ən sərt sözlərlə qınayıram. Mən daxili işlər nazirinə hadisə ilə bağlı dərhal məlumat verməsini tapşırdım. İmran Xanın və digər yaralıların sağalması üçün dua edirəm”, - hökumət başçısı tviterdə yazıb.
Ş.Şərif, həmçinin bildirib ki, ölkə siyasətində zorakılığa yer olmamalıdır.
Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub.
[video width="640" height="352" mp4="https://pressklub.az/wp-content/uploads/2022/11/vid_20221103_181449_750.mp4"][/video]

Footage of the firing. Assassination attempt on Imran Khan. pic.twitter.com/fmSgI2E8jc
— Ihtisham Ul Haq (@iihtishamm) November 3, 2022