Logo
news content
User
Kateqoriyalar

Xəbər

İmran Xan "cinayəti" - Terror ittihamı ləğv olundu, amma mühakimə olunacaq

Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xana qarşı terrorizm ittihamlarına xitam verilməsinə dair qərar çıxarıb.

Vəkilləri deyirlər ki, bu ittihamlar onun hüquq-mühafizə və məhkəmə rəsmiləri barədə dediklərinə görə irəli sürülmüşdü.

Vəkil Faysal Çodri sentyabrın 19-da dediyinə görə, İslamad Ali Məhkəməsinin qərarında bildirlir ki, Xanın dedikləri ona qarşı terrorizm ittihamlarının irəli sürülməsinə əsas vermir və bu səbəbdən də o antiterror məhkəməsində mühakimə oluna bilməz:

"Bununla belə İmran Xana qarşı məhkəmə işi qüvvədə qalır və o antiterrorizm yox, adi məhkəmədə mühakimə olunacaq”.

Xan onun yaxın köməkçilərindən birinə qarşı təhrikçilik ittihamı ilə hökm çıxardığına görə bir qadın hakimi hədələmiş və beləliklə də onun həyatına təhlükə yaratmışdı.

Ötən ay İslamadda keçirilən mitinqdə etdiyi emosional çıxışında Xan onun Təhrike-İnsaf Partiyasının administrasiya rəhbəri Şahbaz Gilin polis tərəfindən dindirilməsi üçün qərar verdiyinə görə hakim Zeba Çodrini hədələmişdi.

Peşman olsa da, üzr istəməyib

Gil ARY TV telekanalının bir şou proqramında əsgərləri və zabitləri komandirlərinin “qanunsuz” əmrlərinə tabe olmamağa çağırdığına görə dövlətə xəyanətdə ittiham olunur.

Xana qarşı ittihamlar isə o, Gili müdafiə edəndən və onun guya işgəncəyə məruz qaldığını iddia edəndən sonra irəli sürülüb.

İmran Xana qarşı “məhkəməyə yalan danışma” üzrə ittiham hələ də qüvvədə qalır.

69 yaşlı populist və keçmiş kriketçi Xan aprel ayında etimad səsverməsini uduzduqdan sonra baş nazir vəzifəsindən getməli olub.

O vaxtdan bəri Xan Pakistan boyunca etiraz mitinqləri keçirir, baş nazir Şahbaz Şərifin hökumətini tənqid edir və yeni seçkinin keçirilməsinə çağırır.

Şərif bu tələbi rədd edib və bildirib ki, seçki təyin olunduğu vaxtda, yəni 2023-cü ildə keçiriləcək.

Xan dediklərindən “peşmançılıq” hissi keçiridiyini desə də, birbaşa üzrxahlıq etməyib.

O bildirib ki, polis zabitlərinə qarşı hüquqi tədbir görülməsini tələb etməkdə davam edəcək.