Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Improtex”in sürücüsü Cəbrayılda minaya düşüb

Çərşənbə günü Cəbrayıl rayonunun Mehdili kəndində piyada əleyhinə minanın partlaması nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü İlqar Əhmədov (1972-ci ildə anadan olub) xəsarət alıb.

İnsident nəticəsində onun sol əlinin üç barmağı amputasiya edilib. Bu barədə Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinin məlumatında deyilir.