"İmperator" getdi
10 Yanvar 2022
“Qalatasaray” baş məşqçisi Fatih Terimlə yollarını ayırıb. İstanbul təmsilçisi təcrübəli mütəxəssisi istefaya göndərib.
Terim bu gün klub prezidenti Burak Elmasla görüşdən sonra vəzifəsindən ayrılıb. Onunla görüşün ardından “sarı-qırmızlılar”ın İdarə Heyətinin iclası olub və baş məşqçini yola salmaq qərarı səs çoxluğu ilə qəbul edilib.
Qeyd edək ki, 1996-2000, 2002-2004, 2011-2013-cü illərdə “Qalatasaray”a rəhbərlik edən Fatih Terimin “cim-bom”da 4-cü dönəmi 2017-2022-ci illəri əhatə edib.
Artıq “Qalatasaray” yeni baş məşqçisini böyük ölçüdə müəyyənləşdirib. İstanbul klubunun bu posta əsas namizədi olan ispaniyalı Domenek Torrenlə ilkin razılıq əldə olunub. “Barselona”, “Bavariya” və “Mançester Siti”də Pep Qvardiolanın köməkçiliyini etmiş 60 yaşlı mütəxəssisin İstanbul gəlməsi üçün artıq təyyarə bileti də alınıb.
Onun alternativləri isə Bülənt Qorxmaz, Okan Buruk və Roje Şmidtdir.