Logo
news content
User
Kateqoriyalar

Xəbər

İmişlidə toyda 55 nəfər zəhərlənib, araşdırma araşdırılır

İmişli rayonunda toyda kütləvi zəhərlənmə olub.

Hadisə rayonun Muradxanlı kəndində qeydə alınıb. Məlumata görə, zəhərlənənlərin sayı 55 nəfərə çatıb.

TƏBİB-dən bildirilib ki, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 53 nəfər (4-ü uşaq olmaqla 21-i kişi, 3-ü uşaq olmaqla 32-si qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə hospitalizasiya olunub.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər (kişi) iltizamnaməsi alınaraq ixtisaslı tibbi xidmətdən imtina edib.

Vəziyyətləri sabit qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.

Hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, hadisə rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib. Agentliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərək müvafiq müayinələr aparılır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Nəticə ilə bağlı əlavə məlumat veriləcək.

Agentlik bir daha ev şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır.

Faktıla bağlı rayon prokurorluğunda araşdırma aparılır.