İlon Mask 963 milyon dollar dəyərində səhmlərini satdı
11 Dekabr 2021
“Tesla” elektrik avtomobillərinin istehsalçısı İlon Mask 2,2 milyon opsiondan istifadə edərək vergi ödəmək üçün öz şirkətinin 963 milyon dollarlıq səhmlərini satıb.
Bu barədə “Bloomberg” ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının sənədlərinə istinadən məlumat yayıb.
Xatırladaq ki, Mask noyabrdan etibarən şirkətdəki payını azaltmağa başlayıb. Təkcə son 5 həftə ərzində o, təxminən 11,8 milyard dollar dəyərində “Tesla” səhmlərini satıb.
Qeyd edək ki, “Forbes” reytinqinə əsasən, noyabrın 1-də İlon Mask tarixdə sərvəti 300 milyard dolları ötmüş ilk şəxs olub. Hazırda Maskın sərvəti 266 milyard dollar hesablanır.(oxu.az)