Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlon Mask 235 milyard sərvət və dünyanın bir nömrəsi

Sərvəti 235 milyard ABŞ dolları olan amerikalı iş adamı İlon Mask dünyanın ən zəngin insanlarının reytinqinə başçılıq edir.

Bu barədə “Bloomberg Billionaires Index” xəbər verir.

İkinci pillədə yenə də "Amazon" onlayn pərakəndə satış şirkətinin qurucusu və keçmiş rəhbəri Ceff Bezos qərarlaşıb. Onun sərvəti 193 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.

Fransanın lüks mallar istehsalçısı LVMH (LVMH Moet Hennessy - Louis Vuitton) şirkətinin sahibi Bernar Arno isə dünyanın ən zəngin adamlarının üçlüyünü tərk edib və dördüncü yeri tutub. Arnonun sərvəti 185 milyard ABŞ dollarıdır.

Üçüncü pilləyə isə sərvəti 188 milyard ABŞ dolları olan Mark Zukerberq yüksəlib.

Beşinci yerdə “Microsoft”un qurucusu Bill Qeyts (154 milyard ABŞ dolları) qərarlaşıb.

Beləliklə, amerikalılar planetin ən zəngin insanlarının ilk beşliyində dörd yeri, ilk onluqda isə doqquz yeri tuturlar.