Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlk dəfə: ABŞ sovet tanklarının Ukraynaya göndərilməsinə razı oldu

Prezident Zelenskinin sorğusuna cavab olaraq, Amerika Birləşmiş Ştatları, nəhayət ki, Avropa ölkələrindəki sovet tanklarının Ukraynaya verilməsinə yardım göstərəcəyini bildirmişdir. İndiyədək ABŞ Kiyevə tank və təyyarə göndərilməsinə razı olmurdu.

ABŞ hakimiyyət nümayəndələrindən biri adının gizli saxlanması şərti ilə New York Times qəzetinə söyləmişdir ki, tankların verilməsinə ən yaxın günlərdə başlanacaq, ancaq hansı sayda hərbi maşından söhbət getdiyini deməmişdir.

Bu tanklar “Ukraynaya Donbasdakı rus obyektlərinə uzaqdan artilleriya zərbələri vurmaq imkanı verəcək", - NYT yazır. Hadisə müharibənin yeni mərhələyə qədəm qoyduğunun mühüm göstəricisi olacaq. Xatırladaq ki, martın 30-da RF müdafiə naziri Sergey Şoyqu uzun fasilədən sonra ictimaiyyət qarşısına çıxmış və elan etmişdi ki, rus qoşunları Kiyev və Çerniqov istiqamətlərində “əsas vəzifələrini” artıq yerinə yetiriblər, buna görə də Donbasın tam ələ keçirilməsi üçün yenidən qruplaşdırılırlar.