Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlham Zəkiyev və Raman Saley bürünc medal qazanıblar

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

+90 kq çəkidə yer alan ikiqat paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib.

Rəqibini məğlub edən Zəkiyev bürünc mükafata sahib çıxıb.

Azərbaycan paraüzgüçüsü Raman Saley isə (S12 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

İdmançı 100 metr məsafəyə "butterfly" (kəpənək) üsulla üzmədə bürünc mükafata sahib çıxıb.

O, finişə 58.13 saniyəyə çatıb.

Qeyd edək ki, Saley daha əvvəl bu turnirdə gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək) mükafat əldə etmişdi. Paris-2024 sentyabrın 8-də başa çatacaq.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.