Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlham Əliyev Soçiyə yola düşüb

Oktyabrın 31-də prezident İlham Əliyevin Rusiyanın Soçi şəhərinə işgüzar səfəri başlayıb. Dövlət başçısı orada Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüş keçirəcək.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın altıda birini işğal edərək Yuxarı Qarabağ bölgəsində separatçı rejim qurub.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı hərbi əməliyyatlarda və savaşdan sonrakı danışıqlar nəticəsində ərazilərin böyük hissəsi azad olunub.

Yuxarı Qarabağ bölgəsindəki Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi separatçı rejimin, Ermənistana gedən Laçın yolu Rusiya hərbi kontingentinin nəzarətindədir.

Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi də işğalda qalır.

Hazırda sülh müqaviləsi hazırlanır. Azərbaycanın Ermənistana təqdim etdiyi sülh planında ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddiasından çəkinmək, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması prinsipləri əks olunub.