Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlham Əliyev Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti haqqında

“Laçın dəhlizində sabotaj qruplarının fəaliyyəti ilə bağlı Rusiyaya şikayətlərimizi bildiririk. Haqlı şikayətlərimizi çatdırırıq. Lakin o sabotaj qruplarının ora girməsi o vaxt baş verdi ki, rus sülhməramlıları hələ ora tam yerləşməmişdi”.

Bunu Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, noyabrın 10-da müharibə bitib, ondan sonra bir müddət lazım idi ki, rus sülhməramlıları, təxminən 2000 əsgər ora yerləşsin: “Orada boşluqlar çoxdur. Burada ədalətli olmağa məcburuq. Onlar bölgəni hələ tam nəzarət altına almamışdı. Ermənilər də bunu fürsət bilərək bizim işğaldan azad etdiyimiz torpaqlara sızdılar. Amma ümumi olaraq rus sülhməramlılarının fəaliyyətini müsbət dəyərləndirirəm. Əlbəttə bizim məmnun olmadığımız mövzular da var, şikayətlərimiz də var. İlk növbədə, bu bizim torpaqlarımıza xarici vətəndaşların qanunsuz səfərləri ilə bağlıdır. Biz dəfələrlə bu mövzunu gündəmə gətirmişik. Çünki Qarabağ bizim ərazimizdir. Bizim icazəmiz olmadan o bölgələrə heç bir xarici vətəndaş və ya maşın girə bilməz. Bizdən icazə alınmalıdır. Amma deyə bilərəm ki, bu məsələ hələlik yüz faiz həll edilməyib. Halbuki onu da deməliyəm ki, xarici vətəndaşların icazəsiz Qarabağa səfərləri çox az saydadır. Bunu da qeyd etməliyik. Bizin siyasətimiz və təkidlərimiz nəticəsində artıq buna son verilir. Amma biz istərdik ki, bizim müstəqilliyimizə, ərazi bütövlüyümüzə tam şəkildə hörmət göstərilsin.

Onsuz da yüksək səviyyəli Rusiya rəsmiləri Qarabağın Azərbaycan torpağı olduğunu bildirir. Belə olan halda orada xidmət göstərən əsgərlər də fəaliyyətlərini bu açıqlamalara uyğun şəkildə aparmalıdır”.