Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlham Əliyev: “Qarabağ münaqişəsi artıq tarixdə qalıb, iki il əvvəl həll olunub”

“Qarabağ münaqişəsi artıq tarixdə qalıb, iki il əvvəl həll olunub. Buna görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çox ciddi addımlar tələb olunduğu formatdır”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinlə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan bu yaxınlarda 5 əsas prinsip irəli sürüb: "Onların əsasında Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdırılmalıdır. Bütün bunlar beynəlxalq hüququn əsas prinsipləridir. Hesab edirəm ki, bunun əsasında normallaşmaya nail olmaq olar”.

İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatdığını da bildirib.

Onun sözlərinə görə, bugünkü iclas regional məsələlərə həsr olunub: “İndi Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmağın və hərəkət etməyin vaxtı çatıb. Təbii ki, biz bu məsələdə sizin şəxsi rolunuzu yüksək qiymətləndiririk. Bir az sonra keçiriləcək bugünkü üçtərəfli görüş birinci olmayacaq. Sizin təşəbbüsünüzlə belə görüşlər keçirilib və bu, normallaşma prosesinə çox yaxşı təkan verib”.