İlham Əliyev Naxçıvandakı səlahiyyətli nümayəndəsini dəyişdi
12 Noyabr 2025
Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Digər sərəncamla Ceyhun Ramiz oğlu Cəlilov həmin vəzifəyə təyin olunub.
Qeyd edək ki, C.Cəlilov 2023-2024-ci illərdə Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri, 2024-cü ildən Naxçıvan Muxtar Respublikasının Baş naziri olub.