Logo
news content
User
Kateqoriyalar

Xəbər

İlham Əliyev "Azadlıq Radiosu"na: “Qarabağ erməniləri ilə nə vaxt danışacağımızı özümüz bilərik” - VİDEO

“Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak edən Prezident İlham Əliyevin “Azadlıq radiosu”nun jurnalisti ilə maraqlı dialoqu olub. Belə ki, İlham Əliyev jurnalistin təmsil etdiyi media orqanının adını eşidərkən zarafatla “Bunlar “SOROS”çulardır. Tanımıram sizi. “SOROS”a salam söylə bizdən. “SOROS”a de ki, biz burada da qardaşıq” deyib.

İlham Əliyev daha sonra jurnalistin suallarını cavablandırıb.

Jurnalistin “Nikol Paşinyan deyir ki, Azərbaycan Qarabağ erməniləri ilə danışıqlar aparmalıdır” sualına Prezidentin cavabı belə olub: “Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik”.

“Biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik. Bu, bizim daxili işimizdir. Hər hansı bir ölkə ilə bunu müzakirə etmək fikrində deyilik”, - Azərbaycan Prezidenti deyib.

“Bilirsiniz ki, bu gün görüş olacaq: Şarl Mişel, Emmanuel Makron, Paşinyan və mən. Bu görüşün nəticələri ümid edirəm ki, müsbət olacaq, irəliləyiş olacaq”, - Azərbaycan Prezidenti əlavə edib.

[video width="640" height="368" mp4="https://pressklub.az/wp-content/uploads/2022/10/video-139e9184-16ac-45ad-a80d-302af2e70aa6-1665067090.mp4"][/video]