Logo
news content
User
Kateqoriyalar

Xəbər

İki Vladimirin arasında: Ərdoğan Putin və Zelenski ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentləri ilə telefonla danışıb.

İlk öncə Ərdoğan və Vladimir Putin arasında danışıq olub. Kremldən bildirilib ki, liderlər telefon danışığı zamanı ikitərəfli və regional məsələləri, həmçinin “Taxıl dəhlizi” məsələsini müzakirə ediblər.

Daha sonra Ərdoğanın Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı olub.

Zelenski "Twitter"də bildirib ki, Ərdoğanla taxıl müqaviləsinin uzadılmasından danışıblar.

"Mən bu təşəbbüsümüzü dəstəklədiyi üçün Türkiyə Prezidentinə təşəkkür etdim və Ukraynanın ərzaq sabitliyinin təminatçısı olaraq qalacağına əmin etdim. Təhlükəsizlik və enerji əməkdaşlığını da müzakirə etdik", - o qeyd edib.