Logo
news content
User
Kateqoriyalar

Xəbər

İki saniyəyə qol vuran futbolçu öldü - FOTO

Şotlandiyalı futbolçu Gevin Stoks 30 yaşında vəfat edib.

O, Qlazqo şəhərindəki dairəvi yolda avtomobil qəzasına düşərək dünyasını dəyişib.

Hadisə zamanı oyunçunun yanındakı şəxslərdən heç biri xəsarət almayıb.

Qeyd edək ki, Gevin Stoks yalnız yerli klublarda çıxış edib. O, tarixdə ən tez vurulmuş qollardan birinin müəllifidir. Futbolçu start fitindən cəmi 2 saniyə sonra topu rəqib qapısından keçirib.