Logo
news content
User
Kateqoriyalar

Xəbər

İfadə azadlığı reytinqi

“Article 19” beynəlxalq hüquq müdafiə təşkilatı ifadə və informasiya azadlığı hesabatı yayıb. Hesabat informasiya yaymaq, sərbəst toplaşmaq, hakimiyyəti məsuliyyətə cəlb etmək üçün gərəkli informasiyaya çıxış imkanları kimi meyarlara əsaslanır.

161 ölkənin yer aldığı siyahıda Azərbaycan böhran qrupunda, 136-cı yerdə göstərilir.

Qazaxıstan (123-cü yer), Rusiya (126-cı yer), Özbəkistan (133-cü yer), Türkiyə (141-ci yer), İran (143-cü yer), Tacikistan (149-cu yer), Belarus (157-ci yer), Türkmənistan (160-cı yer) da böhran qrupundadır.

Ukrayna (92-ci yer) və Qırğızıstan (94-cü yer) məhdudiyyətlər tətbiq edilən ölkələr siyahısındadır.

Yumşaq məhdudiyyətlərin olduğu ölkələr içində Gürcüstan (43-cü yer) və Ermənistan (46-cı yer) da var.

Estoniya (5-ci yer), Latviya (10-cu yer), Litva (26-cı yer), Moldova (40-cı yer) açıq ölkələr arasında göstərilir.

“Article 19” 1987-ci ildə Böyük Britaniyada yaradılıb. (Novator)