İbiza sahillərində qəzaya uğrayan tanker batıb
27 Noyabr 2026
Malta bayrağı altında Alxesirasdan Barselonaya (İspaniya) hərəkət edən kimyəvi maddə daşıyan tanker İbiza sahillərində batıb.
Bu barədə İspaniya mediası məlumat yayıb.
"Med Emre" gəmisinin batmasından sonra dənizdə kiçik yanacaq ləkələri aşkar edilib.
Bununla yanaşı qeyd olunub ki, hazırda narahatlıq doğura biləcək heç bir yanacaq dağılması əlaməti yoxdur.
***
İbiza (İspaniya) sahillərində tankerin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, daha altı nəfər isə yüngül xəsarət alıb.
Bu barədə İspaniya mediası Balear adalarının təcili yardım xidmətinə istinadən məlumat yayıb.
Təxminən 1,2 milyon litr xam neft daşıyan gəminin göyərtəsində 17 heyət üzvü olub. Yaralılar xəstəxanaya çatdırılıb.
Bildirilib ki, yanacağın sızması təhlükəsi ilə əlaqədar hakimiyyət orqanları fövqəladə hallara reaksiya planını işə salıblar.
Xilasetmə əməliyyatında Dəniz Xilasetmə Xidmətinin üç helikopteri iştirak edib.