Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Həzrəti Yusif"də Züleyxa obrazını canlandıran aktrisa da həbs olundu - FOTOLAR

İranın daha iki məşhur aktrisası ölkədə davam edən etiraz aksiyalarına qoşularaq həmrəylik nümayiş etdirdiyi və açıq şəkildə hicabını çıxardığı üçün həbs olunub.

İranın məşhur aktrisası Ketayun Riahi sosial şəbəkələrdə "təxribat xarakterli" paylaşımlar etdiyi üçün prokurorluğa çağırıldıqdan sonra həbs olunub.



Xatırladaq ki, Ketayun Riahi 2008-ci ildə İranda yayımlanan məşhur "Həzrəti Yusif" serialında Züleyxa obrazını canlandırıb. Teleserial Azərbaycanda nümayiş etdirilib və böyük maraq doğurub.

Qeyd edək ki, daha öncə də daha bir məşhur aktrisa - Hengame Qazianini həbs olunub.



Təbrizli teatr aktrisası Səmanə Babazadə də bir neçə gündür həbsdədir.